Neftdə sərt düşmə - QİYMƏT (28.10.2024)
İsrailin həftə sonu İrana cavab hücumundan sonra bazar ertəsi neftin qiyməti 3 dollardan çox ucuzlaşıb. Brent markalı neft 4 faiz ucuzlaşaraq 73 dollar/bareldən aşağı düşdüyü halda, ABŞ xam nefti 68 dollara satılır.
İsrail təyyarələri şənbə günü İranın hər yerindəki hərbi obyektləri vuraraq, ayın əvvəlində raket hücumuna cavab vermək vədini yerinə yetirdi, lakin hücum gözləniləndən daha məhdud oldu. Tehran hücuma dərhal cavab verəcəyini vəd etməyib və İranın dövlət mediası ölkənin neft sənayesi fəaliyyətinin normal fəaliyyət göstərdiyini bildirib.
Digər tərəfdən, Citigroup Inc Yaxın Şərqdəki münaqişələrdən qaynaqlanan risklərin aşağı olduğunu əsas gətirərək, Brent markalı neftin qiyməti ilə bağlı proqnozlarını aşağı salıb.
Onyx Capital Group-un tədqiqat rəhbəri Harry Tchilinguirian deyib ki, İsrailin "şənbə günü qisas alması əsasən qeyri-adekvat və qeyri-mütənasib olaraq görülüb".