Bank

Çingiz Qənizadə: Bankların faiz dərəcələri aşağı salınmalıdır

Milli Məclisin bu gün keçirilən iclasında “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik sənədi müzakirə olunub.

"BI" xəbər verir ki, müzakirələr zamanı deputat Çingiz Qənizadə çıxışında adı çəkilən qanuna dəyişikliyi yüksək dəyərləndirib.

Deputat bununla yanaşı banklarda faiz dərəcələrinin aşağı salmasını təklif edib: “Bu gün ölkəmizdə fəaliyyət göstərən bankların əksəriyyətində faiz dərəcələri çox yüksəkdir. Hesab edirəm ki, bankların faiz dərəcələri aşağı salınmalıdır”. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)