Bank

Akitvlərin artması dinamikasında lider “Azər-Türk Bank”dır – AKTİVLƏR, RENKİNQ

Azərbaycanda fəaliyyət göstərən 22 bankdan 10 bankın aktivləri azalıb. ENA.az xəbər verir ki, bu 2024-cü ilin yanvar-sentyabr aylarında artım göstərən 12 bankın hesabına ümumi sektorun aktivləri 2023-cü ilin sonu ilə müqayisədə 2 milyard manata yaxın yüksəlib və 50 milyard 841 milyon manata çatıb.

Ən çox aktivləri artan TOP-5 banklar bunlardır: Azər Türk Bank, Ziraat Bank Azərbaycan, Kapital Bank, Bank VTB (Azərbaycan), Yapı Kredi Bank Azərbaycan.

Artımın mənbələrinə baxsaq, əsasən kredit portfellərinin böyüməsi hesabına baş verib. Məsələn, lider olan Azər Türk Bank-ın 2023-cü ilin sentyabr ayının sonu ilə müqayisədə, 2024-cü ilin 9 ayı ərzində cəmi kredit portfeli 344 milyon 407 min manat və ya 79,2% artaraq 779 milyon 326 min manata çatıb.

Həmin dövrdə "Ziraat Bank Azərbaycan"ın kredit portfeli 53 milyon 536 min manat və ya 13,7% artaraq 444 milyon 478 min manata çatıb.  "Kapital Bank"ın kredit portfeli isə 1 milyard 198 milyon 341 min manat və ya 30,6% artaraq 5 milyard 114 milyon 906 min manat olub.

Aktivlərin həcmində ən böyük azalma göstərən Yelo Bank-ın aktivlərindıki azalmanın mənbəyi isə nağd vəsaitlərin 687 milyon manatdan 182 milyon manata düşməsi ilə bağlıdır. Eyni vəziyyət AFB Bankın aktivlərinin azalmasında da öz sözünü deyib. Bankın nağd vəsaitləri 9 milyon manat kiçilib.  

Bankların adı, renkinq sırası

 IV rüb 2023,

mly AZN

III rüb 2024,

mly AZN

Dinamika, % ilə

  1. ABB ASC

13668.2

13436.6

-2%

  1. Kapital Bank ASC

8659.6

10277.3

16%

  1. PAŞA Bank ASC

8651.4

8575.8

-1%

  1. Xalq Bank ASC

3082.5

2942.5

-5%

  1. Bank Respublika ASC

2131.0

2152.8

1%

  1. Unibank KB ASC

1597.7

1716.1

7%

  1. Azər Türk Bank ASC

995.5

1548.5

36%

  1. AccessBank QSC

1392.3

1464.5

5%

  1. Yelo Bank ASC

1566.5

1177.7

-33%

  1. Rabitəbank ASC

1138.5

1129.1

-1%

  1. Bank of Baku ASC

870.9

919.5

5%

  1. TuranBank ASC

822.8

851.6

3%

  1. Ziraat Bank Azərbaycan ASC

636.7

805.0

21%

  1. Azərbaycan Sənaye Bankı

749.2

745.0

 

-1%

  1. Premium Bank ASC

658.1

651.0

-1%

  1. Expressbank ASC

560.2

573.7

2%

  1. Yapı Kredi Bank Azərbaycan QSC

514.9

570.8

10%

  1. Bank BTB ASC

369.2

368.2

0%

  1. AFB Bank ASC

330.7

313.0

-6%

  1. Bank VTB (Azərbaycan) ASC

249.9

299.2.

16%

  1. Bank Avrasiya ASC

184.5

204.7

10%

  1. Bank Melli İran Bakı filialı

121.8

118.3

-3%

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)