Bank

AccessBank daha bir regionda: Goranboyda yeni filialın açılışı

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan AccessBank ölkənin şimal-qərbində daha bir regional filialının açılışını elan edir.

Yeni Goranboy filialı Ə.Mehdiyev küç ev 19 ünvanında yerləşir.

Filial şəbəkəmizin genişləndirilməsi müştərilərə daha səmərəli xidmət göstərmək və biznesin inkişafına dəstək olmaq məqsədi ilə regionda fəaliyyətimizi gücləndirmək istəyimizi əks etdirir.

Yeni filial müştərilərə kreditlərin, o cümlədən mikro və aqro kreditlərinin verilməsi, istehlak kreditləri, əmanətlərin yerləşdirilməsi, plastik kartların verilməsi, pul köçürmələri, valyuta mübadiləsi və s. xidmətlər təklif edir.

“Yeni regional filialın açılması müştərilərimizə daha yaxın olmaq və onların maliyyə ehtiyaclarını daha yaxşı ödəmək istəyimizdə mühüm addımdır. Əminik ki, Goranboy filialımızın fəaliyyəti sahibkarlığa dəstək olmaq və şimal-qərb regionunda maliyyə əlçatanlığını təmin etmək məqsədlərimizə çatmağa imkan yaradacaq”, - AccessBank-ın İdarə Heyətinin üzvü, Mikro və Aqro Müştərilərlə iş üzrə İcraçı Direktor Renat Hümbətov bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)