Buraxılış imtahanlarının qrafiki açıqlandı - CƏDVƏL
Dövlət İmtahan Mərkəzi (DİM) 2018-2019-cu tədris ili üzrə buraxılış imtahanlarının rayon və şəhərlər üzrə keçirilmə qrafikini açıqlayıb.
Bu barədə DİM məlumat yayıb.
Ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları aşağıdakı qrafikə uyğun keçiriləcək.
S/s |
İmtahan keçiriləcək bölgələr |
|
||
|
|
|
||
1 |
Bakı (Nərimanov, Səbail, Yasamal, Nəsimi, Nizami, Binəqədi, |
03 mart 2019 |
02 iyun 2019 |
07 aprel 2019 |
2 |
Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, |
10 mart 2019 |
09 iyun 2019 |
14 aprel 2019 |
3 |
Mingəçevir, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Balakən, |
17 mart 2019 |
16 iyun 2019 |
21 aprel 2019 |
Mərkəzdən bildirilib ki, məcburi köçkün rayonlarının məktəblərində təhsilalanlar təhsil müəssisələrinin yerləşdiyi müvafiq şəhər və rayonlarda imtahan verəcəklər. Bundan başqa, C.Naxçıvanski adına Hərbi lisey (Bakı) və Heydər Əliyev adına Hərbi liseylərdə (Naxçıvan) təhsilalanlar təhsil müəssisələrinin yerləşdiyi müvafiq şəhər və rayonlarla eyni tarixdə imtahan verəcəklər.
Tədrisi ingilis və fransız dilində olan məktəblərdə təhsilalanlar müvafiq siniflər üzrə 3-cü imtahan günündə imtahan verəcəklər.