TURİZM

Airbus 2500 nəfəri ixtisar edəcək

Avropanın aviasiya və təyyarə istehsalı şirkəti Airbus, peyk layihələrində itkiləri artırdıqdan sonra Müdafiə və Kosmos departamentində 2500 nəfəri işdən çıxarmağı planlaşdırdığını açıqladı.
Airbus tərəfindən edilən açıqlamada, xüsusilə zərər verən Kosmos Sistemlərində "mürəkkəb iş mühiti" səbəbindən yeni tədbirlərin görüləcəyi və kosmos departamentinin işçi qüvvəsinin yenidən strukturlaşdırılacağı bildirilir. 

Şirkətin açıqlamasında, ixtisarların təfərrüatlarının sosial tərəfdaşlar, xüsusilə də həmkarlar ittifaqları ilə birlikdə müəyyən ediləcəyi də vurğulanıb.

Sözügedən ixtisarların daha çox Almaniyadakı müdafiə bölməsinin qərargahında olacağı gözlənilir.

989 milyon avro zərər açıqlayıb
Bu arada, təxminən 35 min nəfərin çalışdığı Airbus-un müdafiə və aviasiya bölməsi ilin ilk yarısında 989 milyon avro zərər gördüyünü açıqlayıb.

Baş ofisi Fransada olan Airbus Almaniya, İngiltərə və İspaniyada da əməliyyatlar həyata keçirir. Digər tərəfdən, Airbus-ın ən böyük rəqibi, ABŞ-da yerləşən qlobal aviasiya şirkəti Boeing, 12 oktyabrda iş qüvvəsinin yüzdə 10-una bərabər olan 17 min adamın işdən çıxarılacağını açıqladı. İşdən çıxarılmalar ABŞ şirkətinin yüksək itkilər və əməliyyat problemləri ilə mübarizə apardığı kommersiya təyyarələrinin əsas biznesində olacaq. Boeing-in Müdafiə bölməsi ABŞ hökumətinin sifarişləri sayəsində stabil olaraq qalır.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)