Sosial iqtisadiyyat

Nazir: Ən azı 800 şəhid ailəsinə mənzil veriləcək

Şəhid ailələrinı verilən aylıq müavinət 300 manata qaldırılıb.

"BI"nin məlumatına görə, bunu əmək və əhalinin sosial naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədilə daha 35 milyon manat ayrılıb:

“Prezident İlham Əliyevin tapşırığı ilə bu il ən azı 800 Qarabağ müharibəsi əlilləri və şəhid ailəsinə mənzilin verilməsi nəzərdə tutulub”.

Nazir xatırladıb ki, dövlət başçısının fərmanı ilə şəhid ailəsi üçün prezident təqaüdünün aylıq məbləği 58 manat artırılaraq 2019-cu il fevralın 1-dən 300 manata çatdırılıb. 

“Hazırda 12 mindən çox şəhid ailəsini əhatə edən bu təqaüdlər müvafiq tapşırıqları əsasında ötən dövrdə 3 dəfə artırılıb”, - deyə o qeyd edib.

Sahil Babayev həmçinin əlavə edib ki, Qarabağ müharibəsi əlillərinə ötən il 265 avtomobil verilməklə, bu kateqoriyadan olanlara təqdim olunan avtomobillərin sayı isə  6 min 144-ə çatıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)