Almaniya sənayesində 300 minə qədər iş yeri ixtisara düşə bilər
Almaniyanın metallurgiya və elektrik sənayesi işəgötürənləri həmkarlar ittifaqı “Gesamtmetall” yaxın beş ildə 300 minə qədər iş yerinin ixtisar oluna biləcəyini təxmin edir.
Bunu “Gesamtmetall”un prezidenti Ştefan Volf “Funke” media qrupuna müsahibəsində deyib.
“Mən gözləyirəm ki, növbəti beş il ərzində biz metal və elektrik sənayesində 250.000-300.000 arasında iş yeri itirə bilərik” - deyə o vurğulayıb.
Eyni zamanda, işçi çatışmazlığının olduğunu qeyd edib: “Bu baxımdan, iş yerlərinin ixtisarına baxmayaraq, daha çox işləməli olacağıq”.