Qlobal elektrikli avtomobil satışında yeni rekord
Sentyabr ayında dünyada 1,7 milyon elektrik avtomobili satılıb. Böyük Britaniyada yerləşən Rho Motion tədqiqat şirkətinin dərc etdiyi məlumatlara görə,bu rəqəm, daha əvvəl rekord satışların görüldüyü 2023-cü ilin dekabr ayındakı satış həcmini 150 min ədəd üstələyib, beləliklə, qlobal elektrikli avtomobil satışları sentyabr ayında yeni rekord qırıb.
Bu satışların 1,1 milyonu Çində reallaşarkən, keçən ay Avropa İttifaqı (Aİ) və Böyük Britaniyada 300 mindən çox elektrikli avtomobil satılıb.
Yanvar-sentyabr dövründə dünyada ümumi elektrik avtomobil satışları 22 faiz artaraq 11,5 milyona çatıb.
Bu dövrdə ümumi satışların 7,2 milyonu Çində, 2,2 milyonu Aİ və Böyük Britaniyada, 1,3 milyonu isə ABŞ və Kanadada olub. Satışların qalan hissəsi dünyanın digər yerlərində həyata keçirilib.
Məlumatları qiymətləndirərkən, Rho Motion Data Manager Charles Lester sentyabr ayında rekord qıran elektrikli avtomobil satışlarının sənayeyə yeni ümidlər gətirdiyini söylədi.
Nəqliyyat sektorunda elektrikləşdirmənin qaçınılmaz olduğunu qeyd edən Lester, "Dünyanın bir çox yerində son dövrlərdə satışların yavaşlaması şübhə toxumu səpdi və bu şübhələr indi aradan qalxmağa başladı.