13 investisiya şirkəti maliyyə sektorunda cəmi 0,2% paya malikdir
Maliyyə sektorunun aktivləri Azərbaycanda ÜDM-nin 45%-ni tutur.
ENA.az xəbər verir ki, bu həcm təxminən 53,3 milyard manatdır.
Cəmi maliyyə aktivlərinin 50,3 milyard manatı isə bankların payına düşür. Sektorun digər iştirakçılarından 1,9 milyard manat sığorta şirkətlərinə aiddir.
Ümumilikdə maliyyə sektorunun 94,6%-i bankların, 3,6%-I sığorta, 1,6%-i BOKT, 0,2%-i investisiya şirkətləridir.
Xatırladaq ki, ölkəmizdə 23 bank, 17 sığorta, 1 təkrar sığorta 13 investisiya şirkəti müvafiq fəaliyyət lisenziyasına malikdir.