Çin Tayvanı hərtərəfli mühasirəyə alan böyük hərbi təlimlərə başlayır
Çin Xalq Azadlıq Ordusunun Şərq Cəbhəsi Komandanlığından verilən açıqlamada Çin ordusunun Tayvan boğazı ətrafında və Tayvan adasının şimal, cənub və şərq bölgələrində birgə hərbi təlimə başladığı bildirilib.
Komandanlığın sözçüsü Li Xi, "Birgə Qılınc-2024B" adlı təlimə quru, hava, dəniz və raket qüvvələrinin qatıldığını və təyyarə və gəmilərin "bir çox istiqamətdən adaya yaxınlaşaraq birgə hücumlar həyata keçirəcəyini" bildirib.
Li qeyd edib ki, təlim real döyüş imkanlarını yoxlamaq məqsədi daşıyır və əsas diqqət dəniz-hava döyüş hazırlığının birgə patrul xidməti, dəniz və quru hədəflərinə hücumlar və döyüş meydanına hərtərəfli nəzarətin ələ keçirilməsinə yönəldiləcək.
Təlimin milli təhlükəsizlik və birliyi qorumaq üçün qanuni və zəruri bir hərəkət olduğunu iddia edən Li, bunun Tayvanın müstəqilliyini müdafiə edən ünsürlərə qarşı güclü bir maneə olacağını söylədi.
Tayvan Müdafiə Nazirliyi sosial media platformasındakı paylaşımında Çin ordusunun təlim elanını təsdiqləyib.
Bu, Tayvanın yeni lideri Lainin "Milli Gün" çıxışından sonra baş verib
Tayvan ətrafında blokada quran təlim, ada hökumətinin lideri Lai Çinq-tenin ilk "Milli Gün" çıxışından sonra baş tutub. Lai, 1912-ci ildə Çin Respublikasının qurulmasına aparan prosesi başladan və adada "Milli Gün" olaraq qeyd edilən 1911 İnqilabının ildönümü olan 10 Oktyabrda etdiyi çıxışında Pekin rəhbərliyinin Tayvanı təmsil etmək hüququ olmadığını bildirib.
Dünyada tək Çinin olduğunu və Tayvanın onun ayrılmaz hissəsi olduğunu vurğulayan Mao, "Çin Xalq Respublikası hökuməti bütün Çini təmsil edən yeganə qanuni hökumətdir.
Çin Lai "müstəqillik tərəfdarı" və "separatçı" olaraq görür
Lai Çin tərəfindən "müstəqillik tərəfdarı" və "separatçı" olaraq görülür. Çin rəsmiləri seçkidən əvvəl dəfələrlə Lai-yə “islah olunmaz” və “problem yaradan” kimi ifadələrlə müraciət etmişdilər.
Seçki ərəfəsində Pekin administrasiyası Lainin Tayvanı müstəqilliyə doğru “təhlükəli yola” salacağı barədə xəbərdarlıq etmiş və seçiləcəyi təqdirdə münaqişə və müharibə riskinin ola biləcəyinə işarə etmişdi.