İnşaat və əmlak

Avropada ən perspektivli daşınmaz əmlak bazarının adı - AÇIQLANDI

Bolqarıstanın paytaxt Sofiyadan sonra ən böyük şəhəri Plovdiv 2019-cu ildə Avropanın Mədəniyyət Mərkəzi qismində dekabr ayına kimi turistlərin diqqət mərkəzində olacaq.

"BI" xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb. Nəşr Plovdivdə daşınmaz əmlak qiymətlərinin Sofiya ilə təxminən eyni səviyyədə olduğunu, 2018-ci ildə qiymətlərin 9 faiz, lüks daşınmaz əmlak bazarında isə 6 faiz qalxdığını bildirir. Diqqətə çatdırılır ki, Avropanın Mədəniyyət Mərkəzinin seçilməsi gələcək illərdə Plovdivə böyük sərmayələrin cəlb edilməsi üçün təkan olacaqdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)