Azərbaycanda reklam qanunlarının pozulmasına dair baxılmış müraciətlərin sayı 52 % artıb

Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti reklam qanunvericiliyinin pozulması ilə bağlı 84 müraciətə baxıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 52 % çoxdur.
Bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, hesabat dövründə təmin olunan müraciətlərin sayı isə 2 dəfəyə yaxın artaraq 52-yə çatıb.
"Dövlət Xidmətinin reklam (açıq məkanda reklam istisna olmaqla) qanunvericiliyinə riayət olunması istiqamətində həyata keçirdiyi tədbirlər sahibkarlıq subyektlərinin və istehlakçıların mənafelərinin pozulmasına səbəb ola biləcək hərəkətlərin qarşısının alınmasına xidmət edir", - deyə M.Abbasbəyli qeyd edib.