Sosial iqtisadiyyat

Nəqliyyat vasitələrindən bayıra zibil atanların 4 min manatadək cərimələnməsi birinci oxunuşda təsdiqlənib

Milli Məclis gəmilərdən tullantı və başqa predmetlər atmağa görə cərimə məbləğinin artırılmasını birinci oxunuşda təsdiqləyib.

Bununla bağlı parlamentin bugünkü plenar iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişikliklə qeyd olunan cərimə məbləği 30 manatdan 300 manata qədər artırılıb.

Bundan başqa, yollara və ya yol qurğularına tullantı və ya nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər isə 4 000 manat məbləğində cərimə ediləcək.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda təsdiqlənib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)