TURİZM

Dünyanın ən yaxşı aviaşirkəti açıqlanıb

Avstraliyanın “AirlineRatings.com” agentliyinin məlumatına görə, bu il dünyanın ən yaxşı aviaşirkəti “Qatar Airways” olub. “AirlineRatings.com” agentliyi sərnişinlərin hava daşımaları xidmətlərinin təhlükəsizliyi və keyfiyyətinin qiymətləndirilməsi üzrə ixtisaslaşıb və hər il dünyanın ən yaxşı aviaşirkətlərinin reytinqini dərc edir. Ötən ilki reytinqdə Yeni Zelandiyanın “Air New Zealand” şirkəti birinci yeri tutsa da, indi dördüncü yerə düşüb.

“AirlineRatings.com”un hava yollarını qiymətləndirdiyi meyarlar arasında təyyarələrin yaşı, təhlükəsizlik səviyyəsi, insidentlərin sayı, gəlirlilik, sərnişin rəyləri, təklif olunan xidmətlərin çeşidi və s. var.

Qeyd edək ki, reytinqdə ikinci yeri Cənubi Koreyanın “Korean Air”, üçüncü yeri isə Honkonqun “Cathay Pacific Airways” şirkəti tutub.

İlk 10-luqda həmçinin “Emirates Emirates”, “Etihad Airways”, “Air France”, “All Nippon Airways”,”Qantas”, eləcə də “Virgin Australia/Atlantic” yer alıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)