Azərbaycanda daha bir idarə rəisi vəzifəsindən azad edilib
Abşeron Suvarma Sistemləri İdarəsinin rəisi Yusif Ələsgərov vəzifəsindən azad edilib.
Bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov müvafiq əmr imzalayıb.
Həmin vəzifəyə Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi Mirbəşir Ələsgərovun təyin edildiyi bildirilir.(Pravda.az)