Sosial iqtisadiyyat

Azərbaycan-Gürcüstan sərhədində 350 avtomobil gözləyir

Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Qırmızı körpü" gömrük postunda 350 avtomobil gözləyir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı müxtəlifdir.

Məlumata əsasən, "Mazımqara" gömrük postunda 5, “Samur” gömrük postunda 14, "Biləsuvar" gömrük postunda 38, "Astara" gömrük postunda isə 18 yük maşını var.

“Xanoba” gömrük postunda gözləmədə olan yük avtomobili yoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)