Mərkəzi Bank "yaşıl gündəliyi" ilə bağlı planlarını açıqlayıb
Azərbaycan Mərkəzi Bankı (AMB) "yaşıl maliyyə" taksanomiyasını BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) əvvəl təqdim etməyi nəzərdə tutur.
ENA.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 4-cü günündə deyib.
Bundan başqa, il ərzində bank sektoru üçün müxtəlif təqdimatlar keçiriləcək: "Bu ilin sonuna qədər isə "yaşıl istiqraz"la bağlı qanunun qüvvəyə minəcəyinə ümid edirik".