Azərbaycanda sığorta şirkətləri üzrə kapital tələbi artırıla bilər

Azərbaycanda sığorta şirkətləri üzrə kapital tələbi artırıla bilər.
Bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə 2024-cü ilin ilin ilk yarım ili üzrə keçirilən Maliyyə Sabitliyi hesabatının təqdimatında deyib.
O bildirib ki, hazırda Mərkəzi Bank “Solvency ll” standartlarının tətbiqi üzərində iş aparır. Yeni standartlar tətbiq edildikdən sonra sığorta şirkətlərinin kapital tələbi ilə bağlı müəyyən artımlar ola bilər.