Baş Direktor: "Sığorta şirkətlərində kapital tələbi artırıla bilər "
Azərbaycanda sığorta şirkətləri üzrə kapital tələbi artırıla bilər. Bunu ENA.az-ın sualını cavablandırrarkən Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə bildiirib. Qeyd edək ki, sığorta şirkətlərinin nizamnamə kapitalına minimal tələb hazırda 10 milyon manatdır.
Onun sözlərinə görə, hazırda Mərkəzi Bank “Solvency ll” standartlarının tətbiqi üzərində iş aparır. Yeni standartlar tətbiq edildikdən sonra sığorta şirkətlərinin risk əsaslı kapital tələbi ilə bağlı müəyyən artımlar ola bilər: “Yəni, bu, minimal kapital tələbinə aid deyil”.
Qeyd edək ki, 2024-cü ilin ikinci rübünün nəticələrinə görə, sektorun kapital buferi 9% artaraq (10 mln.manat) 120 mln.manat olub. Məcmu kapitalda isə bir illik 16 milyon manat dinamika izlənib.