Çini Xəzər dənizi vasitəsilə Avropa ilə birləşdirən Orta Dəhlizə maraq artıb
Türk dünyası Türkiyə, Azərbaycan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Qazaxıstanı əhatə edərək Avropa və Asiya arasında körpü qurur. Rusiya və Çin istiqamətində yayılır.
Theeconomist yazır ki, Ukraynadakı müharibə Mərkəzi Asiya ölkələrinin Rusiyaya inamını sarsıdıb. Qərbin Rusiyaya qarşı sanksiyaları regionun iqtisadiyyatını yenidən formalaşdırır.
Qəzetin yazdığına görə, minlərlə rus şirkəti Qazaxıstana köçüb. Bəzi Orta Asiyalılar qadağan olunmuş malları Rusiyaya göndərirlər. Eyni zamanda beynəlxalq bazarlara çıxmaq üçün Rusiyadan asılı olan Mərkəzi Asiya ixracatçıları yeni marşrutlar axtarırlar. Bu, Çini Xəzər dənizi vasitəsilə Avropa ilə birləşdirən Orta Dəhlizə marağı yenidən artırıb.
O da qeyd olunur ki, region ölkələri hələlik Rusiyadan uzaqlaşa bilmir. Ancaq sıralarını bağlamaqla və Türkiyə ilə körpülər qurmaqla ən azı Rusiyanı balanslaşdıra bilərlər.