“iPhone 16 Pro Max” almaq üçün hansı ölkədə neçə gün işləmək lazımdır?
Minimum əmək haqqı alan şəxsin iPhone 16 alması üçün tələb olunan vaxt ölkədən ölkəyə çox dəyişir. Türkiyədə “iPhone 16 Pro Max”ın qiyməti 99.999 TL olduğu halda, minimum əməkhaqqı ilə işləyən şəxs bu modeli 176,5 günə ala bilər.
Bəs dünyanın bəzi ölkələrində “iPhone 16” almaq üçün neçə gün işləmək lazımdır?
ABŞ: 6,6 gün
ABŞ-da minimum əmək haqqı 5455 dollar olduğu halda, “iPhone 16 Pro Max”ın qiyməti 1199 dollardır. ABŞ-da işləyən şəxs minimum əmək haqqı ilə bu telefonu cəmi 6,6 günə ala bilər.
İsveçrə: 7,7 gün
İsveçrədə minimum əmək haqqı 3900 ilə 4875 CHF arasında dəyişir. “iPhone 16 Pro Max 1474” dollardır. İsveçrədəki işçilər minimum əmək haqqı ilə bu telefonu təxminən 7,7 günə ala bilərlər.
Avstraliya: 18,1 gün
Avstraliyada minimum əmək haqqı 3,554,72 AUD, “iPhone 16 Pro Max” isə 1,433 dollardır. Avstraliyada bir işçi bu minimum əmək haqqı ilə telefonu 18,1 günə ala bilər.
Böyük Britaniya: 18 gün
İngiltərədə minimum əmək haqqı 2000 funt sterlinq olduğu halda, “iPhone 16 Pro Max”ın qiyməti 1570 dollardır. İngiltərədə işləyən şəxs minimum əmək haqqı ilə bu telefonu 18 günə ala bilər.
Kanada: 18,7 gün
Kanadada minimum əmək haqqı 2400 ilə 2800 Kanada dolları arasında dəyişir. “iPhone 16 Pro Max” 1289 dollardır. Kanadada bir adam bu minimum əmək haqqı ilə telefonu 18,7 günə ala bilər.
Çin: 16,3 gün
Çində minimum əmək haqqı 2590 dollardır. “iPhone 16 Pro Max”ın qiyməti 1404 dollardır. Çində işləyən şəxs minimum əmək haqqı ilə bu telefonu 16,3 günə ala bilər.
Almaniya: 21,2 gün
Almaniyada minimum əmək haqqı 2054 avrodur. “iPhone 16 Pro Max” 1599 dollardır. Almaniyada işləyən şəxs bu minimum əmək haqqı ilə təxminən 21,2 günə telefon ala bilər.
Fransa: 29,4 gün
Fransada minimum əmək haqqı 1509,49 dollar olduğu halda, “iPhone 16 Pro Max”ın qiyməti 1632 dollardır. Fransada bir işçi minimum əmək haqqı ilə bu telefonu 29,4 günə ala bilər.
Yaponiya: 33,4 gün
Yaponiyada minimum əmək haqqı 126,400 ilə 171,620 yen arasında dəyişir. “iPhone 16 Pro Max” 1326 dollardır. Yaponiyada bir adam bu minimum əmək haqqı ilə telefonu 33,4 günə ala bilər.
Ən ucuz “iPhone 16 Pro Max” hansı ölkədə satılır?
Ən ucuz “iPhone 16 Pro Max” Amerika və Kanadada satılır. Amerikada “iPhone 16 Pro Max”ın qiyməti 1199 dollar olduğu halda, Kanadada qiyməti 1119 dollardır. Bu qiymətlər digər ölkələrlə müqayisədə çox münasib səviyyədədir. Xüsusilə Türkiyə kimi ölkələrdə yüksək vergilər və valyuta məzənnələri səbəbindən qiymətlər xeyli yüksək olaraq qalır. Buna görə də bir çox insanlar “iPhone 16 Pro Max”ı ən sərfəli qiymətə almaq üçün Amerika və ya Kanada kimi ölkələrə üstünlük verirlər.(Valyuta.az)