Bank

Valyuta hərracında tələb yüksəldi

14 may 2024-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 107,1 mln. ABŞ dolları təşkil edib və tam təmin olunub.

Bu barədə daxil olan məlumatda qeyd edilir.

Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.

Sonunu valyuta hərracı 7 mayda keçirilib və 75,1 mln. dollar satılmışdı.

“Tələbin nisbətən yüksək olması ötən həftənin cümə axşamının qeyri-iş gününə təsadüf etməsi ilə bağlı olaraq hərracın qrafik üzrə keçirilməməsi səbəbindən yığılan tələblə əlaqədardır”- deyə, Mərkəzi Bank bu məsələyə aydınlıq gətirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)