Paşinyan: "Biz 16 maddədən ibarət sülh müqaviləsi imzalamağı təklif edirik"
İrəvan Bakıya 16 maddədən ibarət sülh müqaviləsi təklif edib,
Bu barədə TASS agentliyi xəbər verir.
Bildirilir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycana təklif olunan sazişdən danışıb.
“Biz 16 maddədən ibarət sülh müqaviləsi imzalamağı təklif edirik, onların hər birinin məzmununu razılaşdırmışıq”, – deyə o bildirib.