Bitcoin Harrisin "duel qələbəsi"ndən sonra ucuzlaşdı
İnvestorların, Demokratlar Partiyasından namizəd Kamala Harris və kripto sənayesini dəstəkləyən Respublikaçı rəqibi Donald Tramp arasında ABŞ prezidentliyi uğrunda debatına reaksiyası nəticəsində Bitcoin ucuzlaşıb.
Rəqəmsal pul, Harris və Trump arasındakı duel səbəbiylə 2,6 faiz azalaraq 56,547 dollara satılır.
Noyabrın 5-də ABŞ-da keçiriləcək 60-cı prezident seçkilərində mübarizə aparacaq Demokrat namizəd Kamala Harris və Respublikaçı namizəd Donald Tramp canlı yayımda ilk dəfə üz-üzə gəlib. Harrisin performansı debatda Trampı üstələyib. CNN-in sorğusuna əsasən, izləyicilərin 63 faizi Harrisin debatda qalib gələcəyini düşünür.
Tramp iyul ayında kriptovalyutaya şübhə ilə yanaşması ilə tanınan ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının sədri Gary Gensleri işdən çıxaracağını və ABŞ-ı dünyanın kriptovalyuta mərkəzinə çevirəcəyini bildirmişdi.
Tramp, "Bizim qaydalarımız olacaq, lakin bundan sonra qaydaları sənayenizə nifrət edən insanlar deyil, sənayenizi sevən insanlar yazacaq", -demişdi.
Digər tərəfdən, Harris kriptovalyuta bazarı ilə bağlı həyata keçirəcəyi siyasətlə bağlı hələ bir açıqlama verməyib. Keçən ay onun kampaniya müşaviri Harrisin sənayenin böyüməsinə kömək edəcək tədbirləri dəstəkləyəcəyini söyləyib. Müşavir həmçinin davamlı təhlükəsizlik tədbirlərinin həyata keçirilməsində maraqlı olduqlarını qeyd edib.