Sosial iqtisadiyyat

Türk dünyasının ortaq əlifbası qəbul edildi - HƏRFLƏR NECƏDİR?

Sentyabrın 9-11-də Türk Akademiyasının təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının iştirakı ilə türk dünyasının vahid əlifbası ilə bağlı danışıqların üçüncü mərhələsi başa çatıb. İclas nəticəsində türk dünyasının vahid əlifbası qəbul edilib, bu barədə "Yeni Şəfəq" yazıb.

İclasda ilk dəfə 1991-ci ildə alimlər tərəfindən təklif edilən latın əlifbası əsasında türk dünyasının vahid əlifbası müzakirə olunub. Komissiya bu əlifba layihəsinə yenidən baxılması üçün müzakirələr aparıb.

Komissiyanın işi nəticəsində 34 hərfdən ibarət ortaq türk əlifbası haqqında razılıq əldə olunub. Təklif olunan əlifbanın hər hərfi türk dillərində rast gəlinən ayrıca fonemi təmsil edir.

Bəyanatda görüşün uğurla başa çatmasının tarixi əhəmiyyət kəsb etdiyi vurğulanıb və “Ortaq türk əlifbasının inkişafı türk xalqları arasında qarşılıqlı anlaşma və əməkdaşlığa kömək edir, eyni zamanda onların dil irsini qoruyur”, - deyilir. 

Əlifba belədir:

Türk Dilleri Ortak Alfabesi

Büyük

A

Ä

B

C

Ç

D

E

F

G

Ğ

H

I

İ

J

K

L

M

N

Ñ

O

Ö

P

Q

R

S

Ş

T

U

Ü

V

W

X

Y

Z

'

                   

Küçük

a

ä

b

c

ç

d

e

f

g

ğ

h

ı

i

j

k

l

m

n

ñ

o

ö

p

q

r

s

ş

t

u

ü

v

w

x

y

z

'

                   

IPA

ɑ

æ

b

d

e

f

g

ɣ

h

ɯ

i

ʒ

ck

l

m

n

ŋ

o

ø

p

q

r

s

ʃ

t

u

y

v

w

x

j

z

ʔ

                   
Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)