Məşhur "Akkuyu" layihəsində Siemens-in işi Çin şirkətinə verildi
Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Siemens şirkətinin Akkuyu AES üçün lazım olan hissələrin gecikdirilməsinin layihəni pozduğunu və buna cavab verilməli olduğunu bildirib.
Bayraktar, Siemens AG-nin oxşar avadanlıqların ixracını gecikdirməsi səbəbindən "Rosatom"un Akkuyudakı kritik avadanlıqları Çinə sifariş etdiyini açıqlayıb.
“Anadolu” agentliyinə açıqlama verən nazir Bayraktar, təhvil verilməməsinin layihənin bir neçə ay ləngiməsinə təsir etdiyini ifadə edərək, “Hüquqi əsası olmayan bir mövzuda siyasi rəftarla verilən qərar var” deyib. Rosatom-un da bu vəziyyət qarşısında alternativ axtardığını izah edən Bayraktar, "Tikintisini öz üzərinə götürən “Rosatom” artıq bu məhsul üçün alternativ sifarişini Çinə verib və məhsul oradan gələcək.
Söz mövzusu avadanlıq 24 milyard dollarlıq Akkuyu elektrik stansiyasında istehsal olunan enerjinin sistemə ötürülməsi üçün nüvə paylayıcı qurğuda istifadə ediləcək", -söyləyib.
"BOTAŞ və Shell arasında LNG razılaşması vacibdir"
Nazir Bayraktar BOTAŞ və Shell arasında LNG müqaviləsi ilə bağlı bunları söylədi:
“Biz mütləq təchizat mənbələrimizi diversifikasiya etməliyik. Biz son 7-8 ildə qazlaşdırma imkanlarımızı artırırıq. 30-37 milyon kubmetr qazlaşdırma apararkən LNG götürüb qaza çevirmək gücündə idisə, indi bu, 160 milyon kubmetrə yüksəlib. Türkiyə ehtiyac duyduğu qazın ən azı yarısını maye halında gəmilərlə ala bilər. "Bu, böyük bir diversifikasiya və yenilikdir, ona görə də Shell müqaviləsi bu mənada vacibdir."