Sosial iqtisadiyyat

Mirsaleh Seyidovun təqdimatı əsasında nazir rəisi işdən azad etdi

Ədliyyə Nazirliyi Penitensiar xidmətində növbəti kadr dəyişikliyi olub.

Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında ədliyyə naziri Fərid Əhmədov Penitensiar xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Çingiz Yunisovu vəzifəsindən azad edib.

Nazirin digər əmri ilə həmin müəssisədə Əməliyyat-Rejim işləri üzrə müavin vəzifəsində işləyən Elnur Hüseynov 13 saylı cəzaçəkmə müəssisəsinə rəis təyin olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)