Azərbaycanda biznes kreditlərini bahalaşdıran amillər hansılardır? - QRAFİK
Kreditlərin baha olması hələki həm hökuməti, həm də bankların ən böyük müştəriləri olan iş adamlarını narahat edir. Xüsusən də qonşu Türkiyə və Gürcüstanla müqayisədə biznes kreditlərinin 5%-dən çox yüksək fərq yaratması onlarda sual doğurur: niyə?
Azərbaycan Mərkəzi Bankının kreditləşmə fəaliyyətinə dair keçirdiyi sorğunun nəticələrinə görə, 2024-cü ilin II rübündə biznes kreditləri üzrə standartlara sərtləşdirici təsir edən amillər əsasən 8 bənd ilə formalaşır.
Bunların arasında kreditin bahalığında ən böyük payı bankların maliyyələşmə dəyəri tutur. Yəni, bankın müştəriyə verdiyi pulun özünün maya dəyəri neçəyə başa gəlirsə, onun üzərinə digər amillərdən formalaşan faizlər də gəlməklə, ümumi kredit faizi təyin edilir.
Mənfi amillər sırasında həmçinin ilin əvvəlindən bəri bankların inflyasiya gözləntilərinin artması, bankın likvidlik göstəriciləri ilə bağlı pessimist gözləntilər də yer alır.
Faizlərin bahalaşdıran mənfi göstərici-yəni sərtləşmə amillərini oxucularımızın diqqətinə təqdim edirik: