Bank

Mərkəzi Bank sədri "məzun günü"ndə iştirak edib

1800-ə yaxın namizəd arasından seçilmiş 33 təcrübəçinin Mərkəzi Bankda 2 ay boyunca təcrübə keçib. “#Maliyyəçisən” təcrübə proqramının məzun günü münasibətilə keçirilən tədbirdə Azərbaycan Mərkəzi bankının sədri Taleh Kazımov da iştirak edib. 

Tədbir zamanı təcrübəçilər daha öncədən komandalara bölünərək hazırlamış olduqları layihələri münsiflərin diqqətinə çatdırıblar. Mərkəzi Bankın rəhbər heyətinin təmsil olunduğu münsiflər heyəti ən uğurlu layihəni qiymətləndirərək komandanı mükafatlandırıblar. 

Mərkəzi Bankın sədri Taleh Kazımov təcrübəçiləri maraqlandıran sualları cavablandırıb. O, öz təcrübəsindən ən maraqlı xatirələri bölüşərək gəncləri çağırışlardan çəkinməməyə, daha cəsarətli olmağa və peşəkar inkişafa önəm verərək inamla irəliləməyə səsləyib.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)