Bank

Mərkəzi Bank “Paşa Bank”ın vəzifəli şəxsini cərimələdi

Azərbaycan Mərkəzi Bankı (AMB) "Paşa Bank" ASC-nin vəzifəli şəxsini 1 500 manat məbləğində cərimə edib.

Bu barədə ENA.az AMB-yə istinadən xəbər verir.

Qeyd edilib ki, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “Paşa Bank” ASC-nin vəzifəli şəxsi 1 500 (bir min beş yüz) manat məbləğində cərimə edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)