Sənaye

Avropa qaz ehtiyatını yığdığını bəyan etdi

Avropa Komissiyasının saytında yer alan açıqlamaya görə, Aİ-nin qaz çənlərində doluluq nisbəti 90,02 faizə çatıb. Belə ki, qışa qədər tədarük təhlükəsizliyini təmin etmək üçün 1 noyabr tarixinə qədər qaz çənlərinin doluluğunu 90 faizə çatdırmağı hədəfləyən Aİ ölkələri bu doluluq dərəcələrinə nəzərdə tutulan tarixdən 10 həftə əvvəl çatıb.

Açıqlamada üzv ölkələrdə qış aylarında təchizat təhlükəsizliyini təmin etmək məqsədi ilə 2022-ci ildə Qaz Anbarı Qaydasının qüvvəyə mindiyi xatırladılıb və anbarların hər il noyabrın 1-dək 90 faiz doluluq səviyyəsinə çatması tələb edildiyi qeyd edilib.

Sözügedən tənzimləmə çərçivəsində bu il hədəf doluluq dərəcəsi avqustun 19-da başa çatdı.

Açıqlamada fikirlərinə yer verilən AB Komissiyasının enerjidən məsul üzvü Kadri Simson, bu il ardıcıl ikinci dəfə hədəfə 1 noyabrdan əvvəl çatıldığını ifadə edib:

"Bu, onu göstərir ki, son iki il yarım ərzində apardığımız gərgin iş nəticəsində Aİ qarşıdan gələn qışa hazırdır. Komissiya qaz anbarlarının səviyyəsinin kifayət qədər yüksək qalmasını təmin etmək üçün yaxın aylarda vəziyyətin monitorinqini davam etdirəcək".

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsindən əvvəl Aİ ölkələri təbii qazın 40 faizini Rusiyadan idxal edirdi. Müharibə ilə Rusiyanın AB-yə boru kəmərləri ilə təbii qaz nəqli 8 faizə düşüb.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)