Azərbaycanda ilk dəfə mina təmizləmə işlərinə özəl şirkət cəlb olunub
İlk dəfə olaraq Cəbrayıl rayonunun Sarıcallı kəndinin minalardan təmizlənməsi işlərinə özəl şirkət (“Azerbaijan Demining Company”) cəlb olunub.
Bu barədə Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun Cəbrayıl ərazisində aparılan təmizləmə əməliyyatları ilə tanışlıq zamanı məlumat verilib.
Onun sözlərinə görə, həmin şirkət tərəfindən son üç gün ərzində Sarıcallı kəndində 118 677 m² ərazini minadan təmizləyib: “Sərt torpaq və kiçik otlarla əhatə olunmuş sahədə özəl şirkət ümumi olaraq 196 210 m² ərazidə əməliyyat aparıb”.