Beynəlxalq Bankın əməliyyat mənfəəti düşür
Bu ilin doqquz ayında “Azərbaycan Beynəlxalq Bank”ının aktivləri 18% artıb. Belə ki, bankın 2018-ci ilin üçüncü rübündə cəmi aktivləri 8 milyard 320 milyon 262 min manat təşkil edib. Halbuki, 2017-ci ilin eyni dövründə aktivlərin həcmi 7 milyard 106 milyon manat idi.
Bİ.az bankın mənfəət və zərər hesabatına istinadən xəbər verir ki, bankın faiz gəlirləri 308 milyon 866 min manat, faiz xərcləri 90 milyon 403 min manat, qeyri-faiz gəlirləri 80 milyon 716 min manat, qeyri-faiz xərcləri isə 82 milyon 619 min manat təşkil edib.
Bankın əməliyyat mənfəəti 2,2 dəfə azalıb
“Azərbaycan Beynəlxaq Bankı”nın 2018-ci ilin üçüncü rübündə əməliyyat mənfəəti 216 milyon 561 min manat olub. Halbuki, ötən ilin müvafiq dövründə bu göstərici 475 milyon 711 min manat olmuşdu.
Mənfəət azalır...
Bankın xalis mənfəəti ötən ilin ilk 9 ayı ilə müqayisədə 32% azalarq 319 milyon 129 min manat təşkil edib. Belə ki, bank ötən ilin müvafiq dövründə 469 milyon 893 min manat mənfəət əldə etmişdi.
Kredit portfeli 24% kiçilib
“Azərbaycan Beynəlxalq Bankı”nın 2018-ci ilin üçüncü rübündə müştərilərə veridyi kreditin həcmi ötən ilin 1 milyard 695 milyon 696 min manat olub. Halbuki, bank 2017-ci ilin yanvar-senyabr aylarında müştərilərinə 2 milyard 217 min manat 421 min manat kredit vermişdi.
Bankın likvid aktivlərinin həcmi 1 milyard 806 milyon 615 min manat, digər banklardakı depozitlər 3 milyard 419 milyon 216 min manat, Qiymətli kağızlarda investisiyalar 1 milyard 130 milyon 76 min manat təşkil edib.
Bankın müddətli depozitləri azalıb
“Azərbaycan Beynəlxalq Bankı”nda banklar və digər maliyyə inistutlarının vəsaitlərin cəmi 2 milyard 74 milyon 830 min manat təşkil edib.Bankda fiziki şəxlərin tələbli depozitləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% azalaraq 389 milyon 638 min manat olub. Hüquqi şəxslərin tələbli depoztinin həcmi 1 illik müqayisədə 30% artaraq 3 milyard 89 milyon 393 min manat olub. Hüquqi və fiziki şəxslərin müddətli depozitlərin həcmi isə 7% azalaraq 936 milyon 564 min manat təşkil edib.Bankın cəmi öhdəlikləri isə 1 illik müqayisədə cuzi artaraq 7 milyard 40 milyon 258 min manat çatıb.
“Azərbaycan Beynəlxalq Bankı”nın 30 sentyabr 2018-ci il tarixinə cəmi kapitalı 1 milyard 280 milyon 4 min manat olub.