Sosial iqtisadiyyat

İcra başçısının müavini vəzifəsindən ayrıldı

Quba rayon İcra Hakimiyyəti başçısının müavinlərindən biri vəzifəsindən azad edilib.

Məlumata görə, Ruslan Şahbalayev Teymur oğlu vəzifəsindən azad edilib.

R.Şahbalayev həmçinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri idi. 2021-ci ilin martından bu vəzifəyə təyin edilmişdi. Buna qədər Xızı RİH-də çalışıb.

Quba RİH başçısının hazırda birinci və bir müavini var.

İlqar Mahmudov Prezidentin 31 avqust 2023-cü il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)