"Qara bazar ertəsi"ndə bir gündə kimin sərvəti nə qədər əridi? - FOTOLAR
Həftənin ilk ticarət günündə ABŞ-ın tənəzzülü ilə bağlı narahatlıqlar və Çin valyutası yenin həddindən artıq möhkəmlənməsi səbəbindən narahatlıqlar böyük satış dalğası yaratdı. Qlobal bazarlar çərşənbə axşamından etibarən itkilərini bərpa edərkən, milyarderlərin birgünlük müddətdə əriyən sərvətləri diqqət çəkdi...
Jeff Bezos: - 6,7 milyard dollar
Amazon-un qurucusu Ceff Bezos 184,8 milyard dollar sərvəti ilə dünyanın ikinci ən varlı adamıdır. Bezos avqustun 5-də "Qara Bazar ertəsi"ndə 6,7 milyard dollar itki ilə qarşılaşdı. Bu, dünyanın ən böyük sərvət itkisi oldu.
02
Gautam Adani: - 6,3 milyard dollar
“Adani Group”un qurucusu və rəhbəri olan hindistanlı iş adamı Qautam Adaninin sərvəti 1 gündə 6,3 milyard dollar əriyib. Bir vaxtlar Ceff Bezosu taxtdan salan dünyanın 2-ci ən zəngini olaraq siyahıda yerini alan Adani hazırda 103,6 milyard dollar sərvəti ilə indeksdə 12-ci yerdədir.
03
Larry Page: - 6,3 milyard dollar
Google-un qurucularından biri olan Larri Peyc 6,3 milyard dollar itirdikdən sonra Bloomberg Milyarderlər İndeksində 143,3 milyard dollarlıq sərvətlə dünyanın 6-cı ən zəngin adamı olaraq qeyd olunur.
04
Elon Musk: - 6,3 milyard dollar
SpaceX və Tesla şirkətlərinin qurucusu İlon Mask 228,3 milyard dollarlıq sərvətlə dünyanın ən varlı adamı titulunu qoruyub saxlamağı bacarıb. Dünyaca məşhur milyarderin bir gündə itirdiyi məbləğ 6,3 milyard dollar olub.
05
Jensen Huang: - 5,9 milyard dollar
"Möhtəşəm 7" kimi tanınan şirkətlərdən biri olan Nvidia-nın baş direktoru Jensen Huang bir gündə 5,9 milyard dollar itirib. 88,4 milyard dollar sərvəti ilə Huang indeksdə 16-cı yerdədir.
06
Sergey Brin: - 5,9 milyard dollar
Google-un qurucularından biri olan Sergey Brin 5,9 milyard dollar itkisindən sonra 135 milyard dollar sərvəti ilə "Bloomberg Milyarderlər İndeksi"ndə dünyanın 9-cu ən varlı adamı kimi qeyd olunur.
07
Larry Ellison: -5,4 milyard dollar
Oracle-ın yaradıcılarından olan Bill Qeyts bir gündə 5,4 milyard dollar itirib. Ellison 142,4 milyard dollarla indeksdə 7-ci yerdədir.
08
Warren Buffet: - 4,5 milyard dollar
Amerikalı iş adamı, səhm investoru və xeyriyyəçi kimi tanınan Uorren Baffet bir gündə 4,5 milyard dollar itirib. Buffet 130,4 milyard dollarla indeksdə 10-cu yerdədir.
09
Chanpeng Zhao: 4,5 milyard dollar
Binance-in qurucusu və keçmiş baş direktoru Chanpeng Zhao bir gündə 4,5 milyard dollar itirdi. Zhao 27,8 milyard dollarla indeksdə 61-ci yerdədir.
10
Mark Zuckerberg: - 4,4 milyard dollar
Facebook-un qurucusu Mark Zukerberqin hazırkı sərvəti 169,3 milyard dollar olduğu halda, Zukerberq Bloomberg milyarderlər indeksində 4-cü yerdədir.
11
Steve Ballmer: - 4,3 milyard dollar
İndeksə görə, dünyanın səkkizinci ən zəngin adamı olan Microsoft-un keçmiş baş direktoru Stiv Balmerin bir gündə itirdiyi məbləğ 4,3 milyard dollar olub. Balmerin sərvəti hazırda 137,4 milyard dollardır.
12
Mukesh Ambani: - 4 milyard dollar
Hindistanlı milyarder iş adamı və neft-kimya şirkəti Reliance Industries-in sədri Ambani 4 milyard dollar itirdikdən sonra Bloomberg milyarderlər indeksində 108,8 milyard dollar sərvəti ilə dünyanın 11-ci ən varlı adamı olaraq siyahıya alınır.
13
Bill Gates: - 3,6 milyard dollar
“Microsoft”un yaradıcılarından olan Bill Qeyts bir gündə 3,6 milyard dollar itirib. Qeyts 151,1 milyard dollarla indeksdə 5-ci yerdədir.
14
Masayoshi Son: - 3 milyard dollar
Yaponiyada yerləşən SoftBank telekommunikasiya şirkətinin qurucusu Masayoshi Son, 3 milyard dollar itkisindən sonra 11,3 milyard dollar sərvəti ilə Bloomberg Milyarderlər İndeksində dünyanın 198-ci ən varlı adamı kimi göstərilib.
15
Tadashi Yanai: - 2,9 milyard dollar
Uniqlo qurucusu və Tadashi Yanai 2,9 milyard dollarlıq itkidən sonra 39,3 milyard dollar sərvətə sahibdir. Tadaşi indeksə görə dünyanın 37-ci ən varlı adamıdır.