Türkiyədə idxal gömrük rüsumları kəskin artırılıb
Türkiyədə rüsumsuz xarici alış-veriş limiti azaldılıb, idxal gömrük rüsumları artırılıb.
Bu barədə “Resmi Gazete”də bildirilir.
Məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqından gələn mallara 30%, Çin də daxil olmaqla digər ölkələrdən gələn mallara 60% vergi tətbiq edilməsi haqqında fərman imzalayıb.
Əvvəllər vergi Aİ-dən gələn məhsullar üçün 18%, digər ölkələrdən gələn məhsullar üçün isə 30% idi.
Qərara əsasən, sürətli çatdırılma ilə beynəlxalq alışlar üçün vergidən azad limit 150 avrodan 30 avroya endirilib.