Vakansiyalar

"Pizza Mizza" işçi axtarır - MAAŞ 2000-3000 AZN

Marketinq Menecer

 Son tarix 05 sen 2024 

Vəzifələr:

  • Marketinq strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi;
  • Bazar trendlərini araşdırmaq, marketinq kampaniyaları hazırlamaq və müvafiq təkliflər vermək;
  • Bütün marketinq fəaliyyətlərini planlaşdırmaq və idarə etmək
  • Marketinq və rəqəmsal marketinq büdcəsinin planlaşdırılması və nəzarət edilməsi 
  • PR kampaniyalarının yaradılması və həyata keçirilməsi;
  • Şirkətin ictimai əlaqələrini idarə etmək;
  • Brendin tanınmasını artırmaq üçün tədbirlər görmək;
  • Brend imicini inkişaf etdirmək və qorumaq;
  • Satışları artırmaq üçün strategiyalar və kampaniyalar hazırlamaq və həyata keçirmək;
  • Yeni təkliflər və tədbirlər yaratmaq və idarə etmək;
  • Tərəfdaşlar, müştərilər və media ilə ünsiyyət, korporativ görüşlərin keçirilməsi;
  • İşin nəticələrinə nəzarət və təhlil etmək;
  • Şirkətin sosial şəbəkələrdə səhifələri üçün (facebook, instagram və s.) kontentlərin hazırlanması, idarəolunması və səhifələrdə marketinq büdcəsinə əsasən reklam kampaniyaların yerləşdirilməsinə nəzarət etmək, həmçinin ödənişli media, mobil, sosial və SEO üzrə maksimal effektivliyin əldə edilməsinə nəzarət etmək, rəqiblərin analizi;
  • Kampaniyaların effektivliyini izləmək, əsas göstəricilərini və KPI-lar təyin etmək;
  • Rəqəmsal marketinq portfeli üzrə və ümumi marketinq fəaliyyəti üzrə aylıq hesabatlar yaratmaq;
  • İnternet resurslardan gələn sorğuların cavablandırılması;
  • Foto/video çəkilişləri prosesinin təşkil və nəzarətinin təmin edilməsi;
  • Yaranan problemlər barədə rəhbərliyi vaxtında məlumatlandırmaq, problemlərin səbəblərini araşdırmaq və gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə müvafiq tədbirləri həyata keçirirmək;
  • Marketinq fəaliyyətlərinin effektivliyini ölçmək və təhlil etmək;
  • Marketinq fəaliyyətləri haqqında müvafiq hesabatlar hazırlamaq.

Tələblər:

  • Ali təhsil (biznes, satış və ya marketinq sahəsində təhsilə üstünlük verilir);
  • Marketinq idarəçiliyi və rəqəmsal marketinq sahəsində azı 3 il iş təcrübəsi;
  • Komanda ilə işləmə bacarığı;
  • Analiz etmə və problemləri həll etmə bacarığı;
  • Güclü analitik, təşkilatçılıq və yaradıcı düşünmə bacarıqları;
  • Mükəmməl ünsiyyət və müştəri xidməti bacarıqları;
  • Məlumatların təhlili və hesabatların yazılması üzrə biliklər;

İş haqqında:

  • Gənc və dinamik komandada işləmək imkanı
  • Sürətlə inkişaf edən şirkətin komanda üzvü olmaq imkanı
  • 5 günlük iş rejimi.
  • Nahar şirkət tərəfindən təqdim edilir.
  • Əmək haqqı 2000-3000 azn təcrübədən asılı olaraq
  • Təqdim olunmuş hədəflərə çatdıqda əmək haqqının 20%-i qədəri rüblük bonus

Tələblərə uyğun namizədlər öz CV-lərini “Marketinq menecer” başlığı ilə hr@pizzamizza.az elektron poçtuna göndərə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)