Bu il Hindistan Azərbaycana həyata keçirilən aviareyslərin sayına görə TOP-10-luğa daxil olub
Bu ilin yanvar-iyul aylarında Azərbaycana 39 ölkədən 15 111 aviareys təşkil olunub.
Məlumata görə,, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7 ölkə (21,8 %) və 2 767 aviareys (22,4 %) çoxdur.
Hesabat dövründə Azərbaycana ən çox Rusiyadan uçuş həyata keçirilib - 4 430 reys. Bu da 1 il əvvələ nisbətən 13,9 % çoxdur.
İyulda Azərbaycana həyata keçirilən aviareyslərin sayı 19,7 % artaraq 2 811 təşkil edib. Ötən ay Rusiyadan isə 777 uçuş olub ki, bu da 1 il əvvələ nisbətən 18,6 % çoxdur.
7 ayda Rusiyadan sonra ən çox Azərbaycana Türkiyədən aviareys təşkil olunub. Bu ölkədən 3 296 uçuş olub ki, bu da illik müqayisədə 7 % çoxdur. İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 1 813 reyslə (+37,8 %) daxil olub.
TOP-10-luğa həmçinin Gürcüstan 1 159 (34,7 % çox), Səudiyyə Ərəbistanı 503 (7,5 % az), Qazaxıstan 481 (9,8 % çox), Hindistan 371 (7,4 dəfə çox), Qətər 345 (61,9 % çox), Küveyt 246 (24,8 % çox) və Ösbəkistan 246 aviareyslə (52 % az) daxildir.
Bu siyahıya bu il Hindistan daxil olaraq aviareyslərin sayına görə 7-ci yerdə qərarlaşıb, İsrail isə 12-ci yerə enib.