Mərkəzi Bank CƏB üzrə profisitə dair proqnozunu dəyişməyib
Azərbaycan Mərkəzi Bankı (AMB) baza ssenari əsasında cari əməliyyatlar balansının (CƏB) profisiti ilə bağlı bu ilin aprel ayında verdiyi proqnozu dəyişməyib.
Bunu AMB-də keçirilən mətbuat konfransında qurumun sədri Taleh Kazımov bildirib.
"3 ay əvvəl olduğu kimi, 2024-cü ildə CƏB üzrə 7 milyard ABŞ dolları, 2025-ci ildə isə 6 milyard ABŞ dolları profisit gözləyirik", - deyə o qeyd edib.