Bank

Mərkəzi Bank iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb

Bu il Azərbaycanda iqtisadi artımın 3,5-4 %, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 5,5-6 % olacağı gözlənilir.

Bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun sədri Taleh Kazımov bildirib.

“Gələn il isə ölkədə ümumi daxili məhsulun (ÜDM) 2-2,5 %, o cümlədən qeyri-neft-qaz sektorunda 4-5 % artacağı proqnozlaşdırılır", - deyə o qeyd edib.

Bundan başqa, baş bankir deyib ki, bu il dünya bazarında neftin 1 barelinin orta qiymətinin 84,9 ABŞ dolları, təbii qazım 1 000 kubmetrinin qiymətinin isə 290,1 ABŞ dolları olacağı gözlənilir.

"2025-ci il üçün proqnozlarımız isə müvafiq olaraq 83,8 ABŞ dolları və 233,5 ABŞ dollarıdır", - deyə sədr əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)