HI-TECH

“Bakcell” ilə “Dream Fest” həyəcanı baş tutub

Ölkənin ən böyük özəl operatoru “Bakcell” “Dream Fest” Beynəlxalq Musiqi Festivalının premium sponsoru olub. Festival ərzində iştirakçılar “Bakcell” stendinə yaxınlaşaraq şirkətin yeni və innovativ məhsulları barədə məlumat alıblar, xüsusi hədiyyələr qazanmaq imkanı əldə ediblər. Bundan əlavə, şirkət festivalda çıxış edən dünya ulduzlarına “Bakcell” nömrələri təqdim edərək onları ölkəmizdə olduqları müddətdə yüksəkkeyfiyyətli mobil rabitə xidmətləri ilə təmin edib.

Qeyd edək ki, 23-28 iyul tarixlərində baş tutan “Dream Fest” festivalında ABŞ, MDB və Avropa İttifaqı, , Böyük Britaniya, Kanada və Türkiyə kimi ölkələrdən 100-ə yaxın müğənninin çıxışı ilə yadda qalıb. Altı gün ərzində tamaşaçılar Xəzər dənizi sahilində açıq havada möhtəşəm şou və musiqidən həzz alıblar.

Qeyd edək ki, gələcəyə hədəflənən yeni brend strategiyası ilə “Bakcell” ölkəmizdə abunəçilərə innovativ xidmət və məhsullar təqdim edir. Şirkət qarşıdakı dövrdə bir sıra yeni məhsulları abunəçilərin ixtiyarına verəcək.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)