Qarabağ

Paşinyan Qazaxla həmsərhəd olan Tavuş bölgəsinə gedib

Ermənistan Baş naziri Nikol Paşinyan Qazaxla həmsərhəd olan Tavuş bölgəsinə səfər edib.

Bu barədə Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan məlumat yayıb.

Qeyd olunub ki, Paşinyan Qazax rayonu ilə həmsərhəd olan regiona səfəri çərçivəsində Əskipara, Bağanis və digər kəndlərdə yaşayan sakinlərlə görüşlər keçirir.

Qeyd edək ki, Paşinyan sonuncu mətbuat konfransı zamanı bildirib ki, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası Tavuş vilayətindən başlayacaq. O, mətbuat konfransında Tavuşa gedəcəyini və vəziyyəti yerində öyrənəcəyini də qeyd etmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)