ENA+

Bu institutda 200 manatlıq yeni təqaüd - TƏSİS EDİLDİ

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Elmi Şurasının qərarı ilə ümummilli lider Heydər Əliyev adına 200 manat məbləğində aylıq təqaüd təsis edilib.

Bu barədə Aİİ-dən məlumat verilib.  

Bildirilib ki, institutun Elmi Şurası ümummilli lider Heydər Əliyev adına aylıq təqaüdün təsis edilməsi barədə qərar qəbul edib.

Həmin təqaüd qış imtahan sessiyasında fərqlənən tələbəyə fevral-iyul ayları üzrə, yay imtahan sessiyasında fərqlənən tələbəyə isə avqust-yanvar ayları üzrə ödəniləcək. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)