Azərbaycanda bankların daha çoxu “Google Pay”a qoşulub

Azərbaycanda fəaliyyət göstərən 23 bankdan 14-ü “ApplePay”i, 15-i isə “GooglePay”i dəstəkləyir.
Bunu “Visa” şirkətinin Azərbaycandakı baş direktoru və regional meneceri Nurlan Hacıyev Bakıda keçirilən “Visa Cashless Forum 2024 – Rəqəmsal Azərbaycan” tədbirində bildirib.
“Təmassız ödəniş həlli “Apple Pay” Azərbaycanda 2021-ci ilin noyabrında, “Google Pay” isə 2022-ci ilin avqustunda istifadəyə verilib, gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib, yaşayış tərzimizə əhəmiyyətli dəyişikliklər gətirib, insanların rahatlığını təmin edib, milyonlarla istifadəçini əhatə edib”, – deyə o qeyd edib.