Hadisə

Ədliyyə Nazirliyinin sabiq şöbə rəisi həbs edildi

Ədliyyə Nazirliyinin Katibliyinin məxfi şöbəsinin rəisi Hafiz Əliyev dələduzluq ittihamı ilə həbs edilib.

Məlumata görə, H.Əliyev Maştağa qəsəbəsinin sədri İlqar Qurbanova təkrar bələdiyyə sədri seçiləcəyi barədə yalan vəd verərək onun 90 min manat pulunu ələ keçirib.

Bir müddət sonra zərərçəkmiş İlqar Qurbanov vəfat edib. Onun hüquqi varisi kimi tanınan həyat yoldaşı H.Əliyevdən hüquq-mühafizə orqanlarına şikayət edib. Təqsirləndirilən ədliyyə əməkdaşı haqda istintaq dövründə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Şəlalə Həsənovanın sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə H.Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, H.Əliyev 2019-2023-cü illərdə sözügedən vəzifəni icra edib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)