Gündəm

“Boeing”lərin yığılmasında problemlər olduğunu bildirən əməkdaş ölü tapılıb

Şirkətin istehsal standartları və təyyarələrin yığılması ilə bağlı problemlərlə bağlı narahatlıqlarını ifadə edən “Boeing”in keçmiş əməkdaşı ABŞ-də ölü tapılıb.

Bu barədə “The Daily Mail” qəzeti məlumat yayıb.

Onun vəkilinin sözlərinə görə, 62 yaşlı Con Barnett Cənubi Karolina ştatındakı bir hotelin dayanacağında yük maşınında ölü tapılıb. Şimali Çarlston polisi onun intihar etdiyi barədə məlumat yayıb.

Qeyd edək ki, keçmiş işçi bildirmişdi ki, bəzi hallarda gecikmələrin qarşısını almaq üçün inşa edilməkdə olan təyyarələrdə quraşdırılmamışdan əvvəl tullantı qutularından ikinci dərəcəli hissələri çıxarılıb. ABŞ Federal Aviasiya Administrasiyasının 2017-ci ildə apardığı audit onun bəzi iddialarını təsdiqləyib və bununla bağlı “Boeing”dən tədbirlər görməsini tələb edib. C.Barnettin vəkili qeyd edib ki, o, məhkəmədə keçən həftə ifadə verib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)