Qarabağ

Xankəndidə qanunsuz binalar sökülür - VİDEO

Xankəndi şəhərində xunta rejiminin izləri silinir.

ENA.az xəbər verir ki, bu barədə AzTV görüntülər paylaşıb.

Qeyd olunur ki, işğal dövründə tikilən binaların sökülməsinə başlanılıb.

Məlumata görə, qondarma qurumun "parlament"inin binası sökülür. Sözügedən bina Xankəndi şəhərinin işğal edilməsindən sonra, 1994-cü ildə tikilib.

Birinci Qarabağ müharibəsində ermənilərin azərbaycanlılara qarşı qəddarlığı ilə seçilən "qəhrəmanlarının" xatirəsini əbədiləşdirmək üçün tikilən "Veteran binası" da sökülür.

Bildirilir ki, Xankəndinin memarlığına və arxitekturasına zidd olan, işğaldan sonra tikilən binaların söküntü işləri aparılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)