Dövlət xətti ilə verilən ipoteka kreditinin həcmi açıqlandı
2023-cü ildə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) müvəkkil bankları rekord sayda - 5,6 min ipoteka krediti verib.
Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildəki fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, bu, 2022-ci illə müqayisədə 1,8 % çoxdur.
Ötən il 3,9 min adi, 1,7 min güzəştli ipoteka krediti verilib.