Bank

Ən ucuz kredit Bakıda, ən bahalı kredit Şirvandadır – CƏDVƏL

Azərbaycanda banklardakı depozitin həcmi 37 milyard manat, kreditlərin həcmi isə 23 milyard manat təşkil edir. Ortada 14 milyard manat həcmində depozit qalığı yaranır. Yəni, əlavə likvid vəsaitlər var, ancaq bu vəsaitlər yerləşdirilmir, alıcı tapmır.  

ENA.az xəbər verir ki, əsas səbəblərdən biri kimi, biznes, eləcə də fərdi istehlakçılar kredit faizlərinin yüksək olmasını göstərirlər. Bank isə öz növbəsində risklərini qiymətləndirir və bu da normal haldır.

Risklərdən söz düşmüşkən, bu elə kreditlər üzrə orta faiz dərəcələrində də özünün göstərir. Maraqlıdır ki, kreditə tələbat daha çox Bakıdadır, elə ən ucuz kreditlər də məhz paytaxtdadır. Rayonlarda verilən kreditlərin orta faiz dərəcəsi 20%-ə yaxındır.

2023-cü ildə ümumilikdə verilən kreditlərin 77%-i Bakının payına düşüb və orta faiz dərəcəsi 11.09%-dir. Kredit portfelinin qalan 13%-i isə digər 13 iqtisadi rayonda cəmləşir. Bu rəqəm özlüyündə rayonlardakı iqtisadi aktivliyin səviyyəsi üzrə çox neqativ bir mənzərə yaradır.

Bu zəif inkişaf fonunda belə ən bahalı kreditlərdə rayonlardadır. Dağlıq Şirvan iqtisadi rayonunda orta faiz dərəcəsi 19.68% təşkil edir.

Verilən ümumi kreditlərin 57%-i isə istehlak kreditləridir.  

Regionların adı

Cəmi

orta % dərəcəsi

 
 
 
 

Azərbaycan Respublikası

23,182,961

12.58%

 

o cümlədən:

 

 

 

Bakı iqtisadi rayonu

17,736,016

11.09%

 

 

 

 

 

Naxçıvan iqtisadi rayonu

384,300

13.59%

 

 

 

 

 

Abşeron-Xızı iqtisadi rayonu

848,675

15.88%

 

 

 

 

 

Dağlıq Şirvan iqtisadi rayonu

160,180

19.68%

 

 

 

 

 

Gəncə-Daşkəsən iqtisadi rayonu

707,165

16.71%

 

 

 

 

 

Qarabağ iqtisadi rayonu

404,983

19.27%

 

 

 

 

 

Qazax-Tovuz iqtisadi rayonu

437,732

18.38%

 

 

 

 

 

Quba-Xaçmaz iqtisadi rayonu

409,847

17.00%

 

 

 

 

 

Lənkəran-Astara iqtisadi rayonu

545,720

19.03%

 

 

 

 

 

Mərkəzi Aran iqtisadi rayonu

471,979

18.57%

 

 

 

 

 

Mil-Muğan iqtisadi rayonu

249,606

18.91%

 

 

 

 

 

Şəki-Zaqatala iqtisadi rayonu

449,952

16.36%

 

 

 

 

 

Şərqi Zəngəzur iqtisadi rayonu

-

-

 

 

 

 

 

Şirvan-Salyan iqtisadi rayonu

376,807

18.71%

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)